“Delta Airlines" "Airbus"dan təyyarə tədarükünü təxirə salır

“Delta Airlines" "Airbus"dan təyyarə tədarükünü təxirə salır ABŞ-ın “Delta Airlines” şirkəti Avropanın təyyarə istehsalçısı “Airbus”a sifariş etdiyi və bu il almalı olduğu 40 təyyarənin tədarükünü təxirə salmaq istəyir.
Biznes
24 Sentyabr , 2020 17:24
“Delta Airlines Airbusdan təyyarə tədarükünü təxirə salır

ABŞ-ın “Delta Airlines” şirkəti Avropanın təyyarə istehsalçısı “Airbus”a sifariş etdiyi və bu il almalı olduğu 40 təyyarənin tədarükünü təxirə salmaq istəyir. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir ki, aviaşirkəti bu məqsədlə qarşı tərəflə görüşlər keçirməyə başlayıb. 

Xatırladaq ki, tədarük planına 9 təyyarə daxildir. Bunlar 5 ədəd “A321”, 2 ədəd “A350” və 2 ədəd “A330neo” jetləridir.

Təxirəsalma ilə bağlı xəbərlərdən sonra fond birjalarında “Airbus”ın səhmləri 6% ucuzlaşıb. 

Son xəbərlər

Orphus sistemi