Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Cəlilabadda vətəndaşları qəbul edib

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Cəlilabadda vətəndaşları qəbul edib İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Cəlilabad rayonunda Cəlilabad, Biləsuvar, Yardımlı və Masallı rayonlarının sakinlərini qəbul edib.
Biznes
22 Fevral , 2024 17:47
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Cəlilabadda vətəndaşları qəbul edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Cəlilabad rayonunda Cəlilabad, Biləsuvar, Yardımlı və Masallı rayonlarının sakinlərini qəbul edib.

"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, qəbulda 61 vətəndaş iştirak edib.

Qəbula gələnlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi və digər məsələlər barədə müraciət ediblər. Qəbul zamanı qaldırılan bəzi məsələlər dərhal həllini tapıb, araşdırılması tələb olunan müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub.

Son xəbərlər

Orphus sistemi