"Daimler" 10 mindən çox işçisini ixtisar etmək istəyir

"Daimler" 10 mindən çox işçisini ixtisar etmək istəyir Almaniyanın aparıcı avtomobil istehsalçısı Daimler AG şirkəti 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır.
Biznes
29 Noyabr , 2019 16:59
Daimler 10 mindən çox işçisini ixtisar etmək istəyir

Almaniyanın aparıcı avtomobil istehsalçısı "Daimler AG" şirkəti 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb son vaxtlar elektrikli və qənaətcil avtomobillərə tələbatın artması fonunda şirkətin gəlirlərinin azalmasıdır. 

"Daimler" xərclərini azaltmaq üçün işçilərinin sayını azaltmaq istəyir. Bu şirkətə, təxminən, 1,4 milyard avro (1,5 milyard ABŞ dollarından çox) vəsaitə qənaət etməyə imkan verəcək. 2022-ci ilə qədər davam etməli olan ixtisar prosesi işçi heyətinin 10%-ni əhatə edəcək. 

Xatırladaq ki, 1926-cı ildə yaradılan "Daimler AG" şirkəti "Mercedes-Benz" avtomobillərinin istehsalçısıdır.

Son xəbərlər

Orphus sistemi