Daha bir ticarət obyektində qiymət manipulyasiyası aşkarlanıb

Daha bir ticarət obyektində qiymət manipulyasiyası aşkarlanıb "Lactalis Caspi" MMC tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi süd məhsullarının qiymətləri qaldırılıb
Biznes
5 Mart , 2015 13:01
Daha bir ticarət obyektində qiymət manipulyasiyası aşkarlanıb

Bakı. 5 mart. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı daha bir müəssisədə əsassız qiymət artımı müşahidə olunub.

“Report” Nazirliyə istinadən bildirir ki, “Lactalis Caspi” MMC tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi süd məhsullarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.

Bununla əlaqədar “Lactalis Caspi” barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Son xəbərlər

Orphus sistemi