Daha bir "Saloğlu" mebel kompleksi və müasir avtostansiyanın açılışı oldu

Daha bir "Saloğlu" mebel kompleksi və müasir avtostansiyanın açılışı oldu Bəli, yenə "Saloğlu". Qərb bölgəsi sakinlərinə şad xəbərimiz var!
Biznes
13 İyul , 2021 12:17
Daha bir Saloğlu mebel kompleksi və müasir avtostansiyanın açılışı oldu

Bəli, yenə "Saloğlu". Qərb bölgəsi sakinlərinə şad xəbərimiz var!

Öz yenilikləri ilə gündəmdə olan “Saloğlu” şirkətindən mağaza konseptində daha bir fərqlilik. Qazax-Ağstafa regionunda həm kompleks mebel salonu, həm də komfortlu və rahat avtostansiyanın açılışı oldu. Müasir və modern avtostansiyada sərnisinlərə yüksək səviyyəli xidmət göstərilməsi üçün hər bir şərait yaradılıb.

“Saloğlu” mebel kompleksində isə zövqünüzə uyğun hər növ mebelə sahib ola bilərsiniz. Belə ki, kompleksdə bütün mebellərlə yanaşı özəl sifarişlər bölümü də yer almaqdadır. Bu bölümdə Saloğlu fabriklərində istehsal edilən qapılar, mətbəx mebelləri, hotel otağı mebelləri, sauna konseptleri və s. özəl layihələr üçün hazırlanan mebellər sərgilənməkdədir.

"Saloğlu" fabrikinin satış direktoru Elşən Bayramlı müsahibəsində bildirib: “Müasir konseptdə yenilənmiş kompleks mağazamızı və modern avtostansiyanı regionumuzun xidmətinə veririk. Nəhəng kompleksimizin özəl sifarişlər bölümündə iri layihələr üçün bütün növ mebellər və əl işləri nümayiş olunur. 2000 ci ildən sürətli və peşəkar inkişaf yolundayıq. Təməli 2016-cı ildə atılan Venzana fabrikimiz son texnoloji Alman və İtalyan dəzgahları ilə istehsala tam hazırdır, açılışı isə yaxın aylara planlaşdırılır. Masallı, Quba, Gəncə , Mingəçevir və digər bölgələrdə də yaxın zamanda diler mağazalarımız açılacaq. Hədəfimiz “Saloğlu” mebeli Azərbaycan brendi olaraq ölkəmizlə yanaşı dünya bazarında da zirvəyə daşımaqdır.”

Kompleksdə iri layihələrinizi çox asanlıqla yüksək keyfiyyətli və zövqlü mebellərlə təmin edə biləcəksiniz. Bundan əlavə olaraq Saloğlu fabrikinin əsas hədəflərindən biri də 2022-ci ilin sonunadək ölkə üzrə 50 bayi-diler mağazası açmaqdır. Bu istiqamətdə işlər genişmiqyaslı olaraq davam etdirilir və yaxın günlərdə bir sıra bölgələrdə də diler-mağazaların açılışları olacaq. Yüksək keyfiyyət və zövqlə istehsal edilən mebellər əhaliyə və bütün müştərilərə daha yaxın olacaq.

Son xəbərlər

Orphus sistemi