Azərbaycanın Gürcüstandan siqaret idxalı 63% azalıb

Azərbaycanın Gürcüstandan siqaret idxalı 63% azalıb Bu ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 321 min qutu (hər birində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları ixrac olunub.
Biznes
164
20 İyul , 2020 16:23
Azərbaycanın Gürcüstandan siqaret idxalı 63% azalıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 321 min qutu (hər birində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları ixrac olunub.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın tədarük etdiyi tütün məhsullarının ümumi dəyəri 7,5 milyon ABŞ dolları təşkil edib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan siqaret məhsullarının həcmində 62,9% azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi