Daha 5 xarici şirkət Azərbaycan bazarını tərk edir

Daha 5 xarici şirkət Azərbaycan bazarını tərk edir Şirkətlərin kreditorlarının tələblərini bildirmək üçün iki ay vaxtı var
Biznes
160
14 Dekabr , 2016 09:52
Daha 5 xarici şirkət Azərbaycan bazarını tərk edir

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda daha 5 xarici şirkətin filialı və nümayəndəliyi ləğv olunur. Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlardan biri “Merton Investment Holding Ltd.” şirkətidir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 ünvanına bildirə bilərlər.

İkincisi - “Commonwealth Oil and Gas Company Ltd.” şirkətidir. Kreditorların tələbləri Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi,14 ünvanında qəbul ediləcək.

Üçüncüsü - “ACC Distribution UAB”-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi,8 ünvanına bildirə bilərlər.

Dördüncü şirkət - “NTD Services LLP”-dir. Kreditorların tələbləri Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küçəsi, ev 62, mənzil 28 ünvanında qəbul ediləcək.

Və nəhayət, 5-ci şirkət “Key Mühendislik Proje Taahhüt ve Limited” şirkətidir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, 1/46 ünvanına bildilər bilərlər. 

Şirkətlərin kreditorların tələblərini bildirmək üçün iki ay vaxtı var.

Son xəbərlər

Orphus sistemi