Dağıstan Azərbaycanla qarşılıqlı iqtisadi və mədəni əlaqələrin inkişafında həmişə maraqlı olub.
"Report" xəbər verir ki, bunu Azərbaycan-Rusiya sərhədindəki "Xanoba" gömrük postunun açılışında Dağıstan hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov bildirib.
"Dağıstan və Azərbaycanı mehriban qonşuluq əlaqələri, tarixi birləşdirir. Dünyadakı geosiyasi dəyişikliklər beynəlxaq əlaqələrin inkişafına şərait yaradıb. Azərbaycan ənənəvi olaraq Dağıstanın ticari tərəfdaşıdır. Bu tərəfdaşlıq iki ölkənin ticari dövriyyəsinin 33%-ni təmin edir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı Qafqazın yollarının yenidən qurulması və genişləndirilməsi deməkdir", - deyə o qeyd edib.