“Coca-Cola” Azərbaycan, Türkiyə və Qazaxıstanda fəaliyyətini məhdudlaşdırır

“Coca-Cola” Azərbaycan, Türkiyə və Qazaxıstanda fəaliyyətini məhdudlaşdırır Türkiyənin “Anadolu Qrup” şirkətinin törəmə müəssisəsi “Coca-Cola İçecek” istehsal etdiyi bitki çayı “Doğadan”ın satış və çatdırılma fəaliyyətini aprelin 30-dan etibarən dayandıracağını açıqlayıb.
Biznes
2 Aprel , 2020 16:23
“Coca-Cola” Azərbaycan, Türkiyə və Qazaxıstanda fəaliyyətini məhdudlaşdırır

Türkiyənin “Anadolu Qrup” şirkətinin törəmə müəssisəsi “Coca-Cola İçecek” istehsal etdiyi bitki çayı “Doğadan”ın satış və çatdırılma fəaliyyətini aprelin 30-dan etibarən dayandıracağını açıqlayıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Bu ayın sonundan etibarən şirkətimiz Azərbaycan, Türkiyə və Qazaxıstanda “Doğadan” markasının satış və çatdırılmasını dayandırır”, - açıqlamada bildirilir.

Qeyd edək ki, türk bitki çay markası olan “Doğadan” “Coca-Cola İçecek” tərəfindən 2007-ci ildə 50 milyon ABŞ dollarına satın alınıb.

Şirkətin səhmlərinin 50,3%-i “Anadolu Qrup”a, 20,1%-i "Coca-Cola Co"ya, 3,7%-i “Özgörkey Holdinq”ə məxsusdur, qalan 25,9%-lik səhm paketi isə birjalarda dövriyyədədir.

Son xəbərlər

Orphus sistemi