Çinin Şaansi əyaləti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Çinin Şaansi əyaləti ilə əməkdaşlıq imkanları müzakirə edilib Bakı. 7 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Çinə səfər çərçivəsində Şaansi əyalətinin qubernatoru Liu Goucun ilə görüşüb. 
Biznes
7 Fevral , 2018 17:53
Çinin Şaansi əyaləti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Bakı. 7 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Çinə səfər çərçivəsində Şaansi əyalətinin qubernatoru Liu Goucun ilə görüşüb. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, Şaansi əyaləti ilə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə nazir Azərbaycanın Çinlə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əlaqələrini, tranzit əlaqələrinin genişləndirilməsinin prioritetliyini vurğulayıb, Azərbaycanın Çinin regionları ilə də əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Ş.Mustafayev Şaansi əyalətində yerləşən şirkətlərin Azərbaycanda yaradılan sənaye parklarında investor kimi iştirak edə biləcəyini, parkın rezidentləri üçün tətbiq edilən güzəştlərdən, eləcə də investisiya təşviqindən yararlana biləcəyini vurğulayıb. 

Nazir qeyd edib ki, Şaansidən olan iş adamları Ələt azad ticarət zonasında da iştirak edə bilərlər. Avtomobil sənayesi sahəsində əməkdaşlıq imkanları barədə danışan Ş.Mustafayev Şaansi avtomobil zavodunun istehsal etdiyi yük maşınlarının və avtobusların Azərbaycanda da satıldığını qeyd edib. Azərbaycanda yaradılan sənaye məhəllələri barədə məlumat verən iqtisadiyyat naziri birgə istehsalın təşkil oluna biləcəyini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində birgə müəssisələrin yaradılmasının, İKT-nin əməkdaşlıq istiqamətlərindən olduğunu qeyd edib.

L.Quocun Şaansi əyaləti ilə Azərbaycan arasında əməkdaşlığın böyük potensialı olduğunu, hər iki tərəfin bu potensialdan faydalanacağını diqqətə çatdırıb.

Çinin Sian şəhərinə səfər zamanı iqtisadiyyat naziri həmçinin İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədri Li Cunxan ilə görüşüb. Görüşdə qeyd edilib ki, 75 ölkədən 90 təşkilatın daxil olduğu quruma 2016-cı ildən Azərbaycan Ticarət və Sənaye Palatası, AZPROMO və Azərbaycan Sahibkarlar Konfederasiyası da üzvdür.

Ş.Mustafayev İpək yolu ölkələri arasında ticarət-investisiya və mədəni əməkdaşlığın dəstəklənməsi sahəsində fəaliyyət göstərən fondla iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar, eləcə də ölkəmizin nəqliyyat, tranzit və investisiya imkanları barədə məlumat verib. 

Son xəbərlər

Orphus sistemi