"Çin Zəngəzur dəhlizini Asiya ilə Avropa arasında yeni logistika mərkəzi kimi dəyərləndirir"

"Çin Zəngəzur dəhlizini Asiya ilə Avropa arasında yeni logistika mərkəzi kimi dəyərləndirir" İordaniya və İraq mətbuatında Azərbaycanla bağlı məqalə dərc olunub.
Biznes
122
27 Sentyabr , 2021 18:20
Çin Zəngəzur dəhlizini Asiya ilə Avropa arasında yeni logistika mərkəzi kimi dəyərləndirir

İordaniya və İraq mətbuatında Azərbaycanla bağlı məqalə dərc olunub.

"Report" xəbər verir ki, azərbaycanlı şərqşünas Həşim Məmmədovun müəllifi olduğu “Azərbaycan və azadlıq müharibəsindən sonra yeni reallıq” başlıqlı məqalə İordaniyanın “Əl Ənbat”, “Cohina” portalları və “Nayrouz” informasiya agentliyi, həmçinin İraqın “Əfkar Hürə” qəzetində işıq üzü görüb.

Məqalədə Azərbaycanın geosiyasi baxımdan mürəkkəb və həssas regionda yerləşdiyi, bu amilin rəsmi Bakını beynəlxalq münasibətlərdə daha korrekt və balanslı siyasət yürütməyə vadar etdiyi qeyd olunur. Vurğulanıb ki, regional aktorlar olan qonşular - Türkiyə, Rusiya və İranla, habelə möhkəm iqtisadi əməkdaşlıq qurulmuş Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq əlaqələri mövcuddur. Yalnız işğalçı siyasət aparan Ermənistanla bu əlaqələr yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin bu müdrik siyasi kursu öz müsbət nəticələrini verir. Eyni zamanda Qərblə də konstruktiv əməkdaşlıq xarici siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Çinin bu ölkəyə marağı daha da artıb. Rəsmi Pekin Zəngəzur dəhlizini Asiya ilə Avropa arasında yeni logistika mərkəzi kimi dəyərləndirir.

Məqalədə bildirilib ki, artıq regionda yeni reallıq yaranıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması nəinki regional, habelə beynəlxalq miqyasda əməkdaşlığın güclənməsinə təkan verəcək.

Son xəbərlər

Orphus sistemi