Çin XİN: ABŞ-ı ticarət məsələlərində soyuqqanlılığı qorumağa çağırırıq

Çin XİN: ABŞ-ı ticarət məsələlərində soyuqqanlılığı qorumağa çağırırıq Bakı. 23 iyul. REPORT.AZ/ Çin ABŞ ilə ticarət müharibəsi aparmağa can atmır.
Biznes
23 İyul , 2018 15:46
Çin XİN: ABŞ-ı ticarət məsələlərində soyuqqanlılığı qorumağa çağırırıq
Jason Lee/Reuters
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ "Çin ABŞ ilə ticarət müharibəsi aparmağa can atmır".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan bildirib.

"ABŞ ilə getdikcə şiddətlənən ticarət müharibəsindən danışırıqsa, Çin bu müharibəni istəmir. Amma, bu, o demək deyil ki, biz bundan qoruxuruq, lazım gələcəksə, mübarizə aparacağıq. Bu, bizim qəti və aydın mövqeyimizdir və əvvəllər dəfələrlə bunu səsləndirmişik", - G.Şuan deyib.

O əlavə edib ki, Çin ABŞ-a ticarət məsələlərində soyuqqanlılığı qorumağı və müvafiq problemləri ağılla həll etməyi məsləhət görür.

Son xəbərlər

Orphus sistemi