Bakıda Azərbaycan və Çinin Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, İqtisadiyyat nazirinin müavini, Azərbaycan və Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun həmsədri
Nazir müavini ikitərəfli əməkdaşlıqda qarşılıqlı ticarətin əhəmiyyətini vurğulayıb, Çinin
Sincan-Uyğur Muxtar Rayonunun Xalq Hökumətinin sədr müavini Çjao Çunzyu ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, iqtisad-ticarət əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.
İclasda İşçi Qrupun sonuncu iclasından keçən dövr ərzində görülən işlər və qarşıdakı dövr üçün əməkdaşlığın inkişafı üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Tədbir çərçivəsində Azərbaycan və Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəd kənd təsərrüfatı, nəqliyyat, ticarət, energetika, səhiyyə, təhsil, turizm, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinı ehtiva edir.
Azərbaycana səfər çərçivəsində çinli qonaqlar Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.