Çin ikili təyinatı olan malların ixracına nəzarəti artırır

Çin ikili təyinatı olan malların ixracına nəzarəti artırır Çin Milli Xalq Konqresi milıli təhlükəsizliyi gücləndirmək üçün ikili təyinatlı malların ixracatına nəzarətin artırılmasını təsbit edən qanun layihəsini təsdiq edib.
Biznes
19 Oktyabr , 2020 17:51
Çin ikili təyinatı olan malların ixracına nəzarəti artırır

Çin Milli Xalq Konqresi milli təhlükəsizliyi gücləndirmək üçün ikili təyinatlı malların ixracatına nəzarətin artırılmasını təsbit edən qanun layihəsini təsdiq edib.

“Report” AP-yə istinadən xəbər verir ki, dekabrın 1-dən qüvvəyə minəcək yeni qanun ölkənin milli təhlükəsizliyinə təsir edə biləcək hər cür mülki və ya hərbi təyinatlı məhsullara, mallara, texnologiyalara, xidmətlərə şamil olunacaq. Konkret siyahının isə müəyyən edilmiş tarixdə açıqlanacağı bildirilir.

Qanun həmçinin ixracat nəzarəti vasitələrindən sui-istifadə edərək Çinin mənafeyinə, təhlükəsizliyinə təhdid yaradan ölkələrə qarşı cavab tədbirləri də nəzərdə tutur. Qanunun müddəalarını pozan yerli və əcnəbi şirkətlər və fərdi şəxslər barəsində cərimədən tutmuş cinayət mühakiməsinədək tədbirlər görülə bilər.

Məsələn, ikili təyinatlı hansısa malı müvafiq icazə almadan ixrac edən hər kəs 750 min ABŞ dolları məbləğində, yaxud həmin sövdələşmənin bazar dəyərinin 20 misli qədər cərimələnə bilər. Sözügedən qanun Çinin əlində ABŞ ilə iqtisadi və texnoloji qarşıdurmalarında daha bir vasitə olacağı kimi görünür.

Son xəbərlər

Orphus sistemi