Çin “Apple”ı dəstəkləməyə davam edəcək

Çin “Apple”ı dəstəkləməyə davam edəcək Çin hökuməti Çində “Apple” şirkətinə dəstəyini davam etdirməyə hazırdır.
Biznes
28 Mart , 2023 21:40
Çin “Apple”ı dəstəkləməyə davam edəcək

Çin hökuməti “Apple” şirkətinə dəstəyini davam etdirməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin sədri Çjen Şantsze “Apple” şirkətinin baş direktoru Tim Kuk ilə görüşündə bildirib.

Dövlət komitəsinin saytında dərc olunan məlumatda bildirilir ki, görüş martın 27-də baş tutub.

“Çin hökuməti xarici açıqlığın reallaşdırılması üzrə əsas dövlət siyasətini dəyişməz şəkildə həyata keçirəcək. İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi xarici şirkətlərə, o cümlədən “Apple”a Çindəki bizneslərində dəstəyini davam etdirəcək”, - sənəddə Çjen Şantszedən sitat gətirilib.

“Ümid edirik ki, “Apple” şirkəti fəal şəkildə korporativ sosial məsuliyyəti üzərinə götürməyə, məlumatların təhlükəsizliyini gücləndirməyə və şəxsi məlumatı qorumağa davam edəcək”, - o vurğulayıb.

Tərəflər, həmçinin Çin bazarının perspektivləri, istehsal və təchizat zəncirlərinin sabitliyi kimi məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi