Çin ABŞ-dan 3 mlrd. dollarlıq idxala gömrük rüsumu tətbiq edəcək

Çin ABŞ-dan 3 mlrd. dollarlıq idxala gömrük rüsumu tətbiq edəcək Bakı. 23 mart. REPORT.AZ/ Çin ABŞ-dan 3 mlrd. dollar dəyərində mal idxalına gömrük rüsumu tətbiq edəcək.
Biznes
23 Mart , 2018 13:32
Çin ABŞ-dan 3 mlrd. dollarlıq idxala gömrük rüsumu tətbiq edəcək

Bakı. 23 mart. REPORT.AZ/ Çin ABŞ-dan 3 mlrd. dollar dəyərində mal idxalına gömrük rüsumu tətbiq edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi açıqlama yayıb.

Nazirlik ABŞ-dan donuz əti, alüminium və polad məmulatları, həmçinin meyvə və şərab idxalına gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Çindən 50 mlrd. dollarlıq məhsul idxalı üçün gömrük vergisi tətbiq olunması əmrini verib. ABŞ ticarət nümayəndəsi Robert Laytizer bu addımın atılmasına səbəb olaraq Çinin əqli mülkiyyət hüquqlarını pozmasını göstərib.

Bu açıqlamalardan sonra ötən gün birjalarda “Dow Jones” indeksi 2,93%, “S&P 500” 2,52%, “Nasdaq” 2,43% dəyər itirib. Asiya birjalarında da dalğalanmalar qeydə alınıb.

Xatırladaq ki, ABŞ prezidenti martın əvvəlində idxal olunan polada 25%, alüminiuma isə 10% gömrük rüsumunun tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi