“Chanel” qoruyucu maska istehsal edəcək

“Chanel” qoruyucu maska istehsal edəcək Fransanın lüks moda brendi “Chanel” koronavirusun yayılması ilə tələbatın artmasına dəstək məqsədilə qoruyucu maska istehsalına başlayacaq.
Biznes
1288
29 Mart , 2020 20:44
“Chanel” qoruyucu maska istehsal edəcək

Fransanın lüks moda brendi “Chanel” koronavirusun yayılması ilə tələbatın artmasına dəstək məqsədilə qoruyucu maska istehsalına başlayacaq.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, hazırda prototiplər üzərində işlənilir və Fransa hökumətindən icazə alındıqdan sonra istehsala başlanacaq.

Xatırladaq ki, Fransanın səhiyyə naziri Olivyer Veran ötən gün bildirib ki, hökumət yaxın həftələr və aylar üçün bir milyarddan çox maska sifariş verib və bu maskalar əsasən Çindən alınacaq.

Nazir qeyd edib ki, Fransada həftə ərzində 40 mln. maska istifadə edilir. Ölkədə tibb işçiləri və polislər maska qıtlığından şikayətləniblər.

Son xəbərlər

Orphus sistemi