Çexiyada koronavirusa görə mağaza və restoranlar bağlandı

Çexiyada koronavirusa görə mağaza və restoranlar bağlandı Çexiyada koronavirus təhlükəsinə görə ölkədə olan bir çox mağazalar, restoranlar bağlanıb.
Biznes
225
14 Mart , 2020 11:51
Çexiyada koronavirusa görə mağaza və  restoranlar bağlandı
google

Çexiyada koronavirus təhlükəsinə görə ölkədə olan bir çox mağazalar, restoranlar bağlanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hökumətin yaydığı bəyanatda deyilir.

Məlumata görə, Çexiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlər çərçivəsində şənbə günü səhər 6:00-dan etibarən əksər mağaza və restoranları bağlayacaq.

Xatırladaq ki, Çexiya hökuməti ölkəyə giriş-çıxışı bağlayıb.

Məlumata görə, hökumət xarici vətəndaşların (daimi yaşamaq icazəsi olanlar istisna olmaqla) ölkəyə girişini qadağan etməklə yanaşı, yerli sakinlər də ölkəni tərk edə bilməyəcək. Çexiyada koronavirusa yoluxanların sayı 117 nəfərdir. Virusdan ölüm hadisəsi olmasa da, sağalanlar da qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi