Çexiya şirkətləri Azərbaycanda birgə müəssisələr yaratmaq niyyətindədir

Çexiya şirkətləri Azərbaycanda birgə müəssisələr yaratmaq niyyətindədir Çexiyanın neft emalı zavodlarında emal edilən xam neftin üçdə biri Azərbaycandan idxal edilir.
Biznes
16 May , 2019 15:54
Çexiya şirkətləri Azərbaycanda birgə müəssisələr yaratmaq niyyətindədir

Çexiyanın neft emalı zavodlarında emal edilən xam neftin üçdə biri Azərbaycandan idxal edilir.

“Report”un məlumatına görə, bunu Çexiyanın Parlament Palatasının sədri Radek Vondraçek bu gün Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda bildirib.

O qeyd edib ki, bu isə iki ölkə arasındakı ticarətdə balansın pozulmasına səbəb olur.

Onun sözlərinə görə, Çexiya şirkətləri bu səbəbdən Azərbaycanda müxtəlif sahələri əhatə edən şirkətlər və birgə müəssisələr yaratmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi