Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanda "RBC Group Czech S.R.O." konsaltinq şirkətinin nümayəndəliyi açılıb.
"Report"un əldə etdiyi məlumata görə, nümayəndəlik Bakı şəhərinin Xətai rayonu, Nobel prospektində yerləşir.
Nümayəndəliyin rəhbəri Çexiya vətəndaşı Brandis Yirjidir.
Qeyd edək ki, "RBC Group" MDB ölkələrində xidmət göstərən iri konsaltinq şirkətlərindən biridir.