Cənub-Şərqi Asiya ölkələri dünyanın ən böyük ticarət sazişinə imza atacaq

Cənub-Şərqi Asiya ölkələri dünyanın ən böyük ticarət sazişinə imza atacaq Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv olan 10 ölkənin lideri Çinin dəstəklədiyi ticarət müqaviləsi ilə bağlı görüşlərə başlayıb.
Biznes
11 Noyabr , 2020 12:53
Cənub-Şərqi Asiya ölkələri dünyanın ən böyük ticarət sazişinə imza atacaq

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv olan 10 ölkənin lideri Çinin dəstəklədiyi ticarət müqaviləsi ilə bağlı görüşlərə başlayıb.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, sənədə noyabrın 12-15-də Vyetnamın paytaxtı Hanoyda baş tutacaq ASEAN sammiti çərçivəsində imza atılacağı gözlənilir.

Bu, ABŞ-dakı seçki qeyri-müəyyənliyi fonunda baş verəcək. Ticarət razılaşması bir çox sahələrdə tarifləri tədricən azalda və dünyanın ən böyük ticarət sazişi ola bilər.

Qeyd edək ki, ASEAN-a ümumilikdə 15 ölkə daxildir. Bu ölkələrdə dünya əhalisinin təxminən 1/3-i yaşayır və onlar qlobal ümumi daxili məhsulun 29%-ni istehsal edirlər. Çin ASEAN ölkələrinin ən çox mal idxal etdiyi ölkədir.

Vyetnamın Xarici İşlər naziri Nguyen Quoc Dung bildirib ki, ticarət razılaşmasının imzalanması regional ticarət üçün impuls yaradacaq və ASEAN sammitinin ən vacib nəticəsi olacaq. Bu razılaşmadan sonra Çinin Cənub-Şərqi Asiya, Yaponiya və Cənubi Koreya ilə iqtisadi tərəfdaşlıqda mövqeyinin daha da möhkəmlənəcəyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi