Bakı. 10 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün fevralın 10-da Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Cəlilabadda treninq keçirib.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, "İstehsal sahələrinin idarə edilməsi", "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" mövzularını əhatə edən treninqdə istehsal sahələrində biznesin təşkili və səmərəli idarə edilməsi, "Made in Azerbaijan" brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara təsdiqedici sənədin verilməsi Qaydası, investisiya layihəsinin (biznes planın) tərtib edilməsi, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və Apellyasiya Şuraları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Eyni zamanda tədbirdə iştirakçılar nazirlik tərəfindən göstərilən elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.