"Caspian European Club" xaricdəki ofislərinin 80%-ni satacaq

"Caspian European Club" xaricdəki ofislərinin 80%-ni satacaq Telman Əliyev: "İstəyirik ki, sahibkarlarımız həmin ofisləri alsın və öz məhsullarını daha rahat təbliğ etsin"
Biznes
12 Aprel , 2017 10:46
Caspian European Club xaricdəki ofislərinin 80%-ni satacaq
Report.az

Bakı. 12 aprel. REPORT.AZ/ "Caspian Energy" və "Caspian European Club"un dünyanın bir sıra ölkələrində olan ofislərinin 80%-i satışa çıxarılacaq. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Caspian Energy Forum-2017"-də çıxış edən "Caspian European Club"un icraçı direktoru Telman Əliyev deyib.

T.Əliyevin sözlərinə görə, bu, Azərbaycan məhsullarının xaricdə tanınması üçündür: "Biz istəyirik ki, sahibkarlarımız həmin ofisləri alsın və öz məhsullarını daha rahat təbliğ etsin".

Qurum rəsmisi bildirib ki, ölkə başçısının tələbi ilə dünyanın 4 ölkəsində "CEO lunch"lar təşkil ediləcək.

"Azersun Holding"ın baş icraçı direktoru Savaş Uzan isə Azərbaycanda ixracın təşviqi ilə bağlı atılan addımları dəstəklədiklərini deyib: "Hər yerdə rəqabət var. Biz isə sağlam rəqabətin tərəfdarıyıq. Azərbaycan pomidoru adı altında 1 tondan bir qədər artıq Türkiyə məhsulunun Rusiyaya ixracına cəhd edilməsi bizim ixrac fəaliyyətimizə mənfi təsir edir".

"Azersun Holding"in rəsmisi deyib ki, "Azərçay" markası dünyanın bir çox ölkələrinin "duty free" dükanlarında var.

Son xəbərlər

Orphus sistemi