“Caspian European Club”un sədri vəzifəsində qaldı

“Caspian European Club”un sədri vəzifəsində qaldı “Caspian European Club”un İdarə Heyətinə (İH) seçkilər başa çatıb.
Biznes
4 Mart , 2020 12:23
“Caspian European Club”un sədri vəzifəsində qaldı

“Caspian European Club”un İdarə Heyətinə (İH) seçkilər başa çatıb. 

“Report” bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, Telman Əliyev yenidən İH-nin sədri seçilib. 

O, həm də "Caspian European Club" və "Caspian Energy" qrupunun Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə baş icraçı direktorudur.

"Caspian European Club"un Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə İH-nin qapalı səsvermə yolu ilə seçilən 6 üzvü Zərifə Həmzəyeva ("Gazelli Group"un prezidenti), Avni Dəmirçi ("Ziraat Bank Azərbaycan" ASC-nin İH-nin sədri), Fərid Məmmədov ("Caspian Event Organisers LLC"nin baş direktoru), Nəriman Məmmədov ( "Transbroker"/ "Narimanfilm"in baş direktoru), Rəşad Abbasov ("ASE Express & OCS"un direktoru) və Savaş Uzan ("Azərsun Holdinq" MMC-nin direktoru) olub. 

Fevralın 27-29-da keçirilmiş seçkilərdən öncə "Caspian European Club"un internet səhifəsi (www.caspianenergy.org) vasitəsilə seçkiqabağı səsəvermə keçirilib. Səsvermə hüququndan "Caspian European Club"un ofisləri Bakıda yerləşən üzv şirkətlərinin 194 top-meneceri və nümayəndəsi yararlanıb.

Eyni zamanda seçki çərçivəsində sahə və sahələrarası komitələrin, işçi qruplarının rəhbərləri seçiliblər. Onların adlarından ibarət yekun siyahı "Caspian European Club"un yeni İH-nin ilk toplantısında təsdiqlənəcək. Həmin iclasda həmçinin Klubun yaxın 2 il ərzində həyata keçiriləcək yeni inkişaf strategiyası müəyyənləşəcək. İH-nin üzvləri eyni zamanda "Caspian European Club"un İcra Komitəsinin yeni tərkibini də təsdiqləməlidirlər.

Xatırladaq ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda yaradılıb. Onun mənzil-qərargahı Bakıda yerləşir. "Caspian European Club"un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya, Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.

Son xəbərlər

Orphus sistemi