"Caspian European Club"un İdarə Heyətinə seçkilərin vaxtı dəyişdirilib

"Caspian European Club"un İdarə Heyətinə seçkilərin vaxtı dəyişdirilib Vaxtın dəyişdirilməsi seçkiöncəsi səsvermədə namizədlərin lazımi səs toplamaması ilə bağlıdır
Biznes
19 Sentyabr , 2017 17:51
Caspian European Clubun İdarə Heyətinə seçkilərin vaxtı dəyişdirilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Caspian European Club”un İdarə Heyətinə sentyabrın 20-də keçirilməsi planlaşdırılan seçkinin vaxtı oktyabrın 18-i tarixinədək uzadılıb.

“Report” xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. 

Onun sözlərinə görə, vaxtın dəyişdirilməsinə səbəb namizədlərin əksəriyyətinin seçkiöncəsi http://caspianenergy.org/vote/index.php/en/vote-ru.saytında səsvermədə lazımi səs toplaya bilməməsidir.

“Vaxtın dəyişdirilməsi bir daha seçki öncəsi səsvermənin şəffaflığını göstərir. Bu səvermədə təkcə klubun üzvləri deyil, həm də digər internet istifadəçiləri iştirak edə bilər. Əsas səsvermədə isə yalnız klub üzvləri iştirak edəcəklər”, - deyə T.Əliyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi