"Caspian European Club"da CEO-un yeni müavinləri təyin olunub

"Caspian European Club"da CEO-un yeni müavinləri təyin olunub Baku. 19 yanvar. REPORT.AZ/ Caspian European Clubun baş icraçı direktorunun yeni müavinləri təyin edilib.
Biznes
1111
19 Yanvar , 2018 16:36
Caspian European Clubda CEO-un yeni müavinləri təyin olunub

Baku. 19 yanvar. REPORT.AZ/ "Caspian European Club"un baş icraçı direktorunun yeni müavinləri təyin edilib.

Bu barədə “Report”a “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.

Məlumata görə, yeni müavinlər Günay Sadıqova və Eldar Maksumovdur.

T.Əliyev qeyd edib ki, G.Sadıqova və E.Maksumov “Caspian Energy”də öz əmək fəaliyyətlərinə 2004-cü ildə başlayıblar və son bir neçə il ərzində “Caspian Energy International Media Group”, “Caspian European Club” və “Caspian American Club”un baş meneceri vəzifələrini icra edirlər.

“13 ildir ki, onlar dövlət qurumları ilə özəl sektor arasında əlaqələrin yaradılmasında fəal iştirak edir və həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda uğurla böyük tədbirlər təşkil edirlər”, - deyə T.Əliyev bildirib.

G.Sadıqova Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Azərbaycan, ingilis, türk, ərəb, ivrit və alman dillərini bilir. Əmək fəaliyyəti dövründə Şimali Amerika və Avropa dövlətlərinin hökumət və özəl sektor nümayəndələri ilə fəal əlaqələr qurub.

E.Maksimov Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Neft Akademiyasını qırmızı diplomla bitirib. Azərbaycan, rus, ingilis və alman dillərini bilir. Əmək fəaliyyəti dövründə MDB, GUAM və Asiya dövlətlərinin hökumət və özəl sektor nümayəndələri ilə fəal əlaqələr yaradıb.

“Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.

Son xəbərlər

Orphus sistemi