"Caspian Energy Forum Tbilisi 2018"in vaxtı dəyişdirilib

"Caspian Energy Forum Tbilisi 2018"in vaxtı dəyişdirilib Bakı. 28 mart. REPORT.AZ/ Caspian Energy Georgia şirkəti tərəfindən təşkil olunan 5-ci Beynəlxalq Caspian Energy Forum Tbilisi – 2018nin vaxtı dəyişdirilərək 2018-ci il aprelin 18-dən mayın 8-nə keçirilib.
Biznes
28 Mart , 2018 11:54
Caspian Energy Forum Tbilisi 2018in vaxtı dəyişdirilib

Bakı. 28 mart. REPORT.AZ/ "Caspian Energy Georgia" şirkəti tərəfindən təşkil olunan 5-ci Beynəlxalq "Caspian Energy Forum Tbilisi – 2018"nin vaxtı dəyişdirilərək 2018-ci il aprelin 18-dən mayın 8-nə keçirilib. 

"Report" xəbər verir ki, bu, Azərbaycanda və onun hüdudlarından kənarda təşkil olunan beynəlxalq tədbirlərdə iştirak edən şirkətlərin çoxsaylı xahişləri ilə əlaqədardır.

Gürcüstanın mühüm payı olan bir sıra nəhəng regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, həmçinin beynəlxalq biznes ictimaiyyətinin nümayəndələrində Gürcüstan iqtisadiyyatına böyük maraq yaradan əlverişli investisiya və işgüzar mühit ilə əlaqədar foruma Avropa, Amerika və Asiya qitəsini təmsil edən çox sayda iştirakçının qatılacağı gözlənilir. Bu barədə "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. O həmçinin qeyd edib ki, açılış mərasimində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və hökumətin Gürcüstanın iqtisadi blokunu təmsil edən üzvlərinin iştirakı nəzərdə tutulub.

5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”ə Gürcüstan və Azərbaycan hökumətləri "Caspian European Club" rəsmi dəstək verir.

T.Əliyevin sözlərinə görə, “Caspian Energy Forum" Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə təşkil olunur və biznes-hakimiyyət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin yaranması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşləri, eləcə də biznesmenlər arasında qlobal əməkdaşlıqda maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydan rolunu oynayır.

“Caspian Energy Forum Tbilisi – 2018”də sıralarında Gürcüstan və Azərbaycanın hökumət üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionunun dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətləri və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 300-dən 500-ə qədər nümayəndə iştirak edəcək.

Orphus sistemi