Bakı. 3 may. REPORT.AZ/ Gürcüstanda baş verən siyasi proseslər və qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar "Caspian Energy Forum Tbilisi - 2018"in proqramında Gürcüstan hökumətini təmsil edən iştirakçılarla bağlı müəyyən dəyişikliklər edilib.
Bu barədə "Report"a "Caspian European Club" sədrinin I müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
"Bu barədə yaxın vaxtlarda əlavə məlumat verəcəyik", - o bildirib.
“Caspian Energy Forum Tbilisi – 2018” Azərbaycan və Gürcüstan dövlətlərinin yaranmasının 100 illiyinə, həmçinin Xəzər-Qara dəniz regionunda həyata keçirilən müasir enerji və iqtisadi siyasətin banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.
5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”ə Gürcüstan Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Caspian European Club rəsmi dəstək verir.
Telman Əliyevin sözlərinə görə, “Caspian Energy Forum Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə təşkil olunur və biznes-hakimiyyət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin yaranması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşləri, eləcə də biznesmenlər arasında qlobal əməkdaşlıqda maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydan rolunu oynayır.
“Caspian Energy Forum Tbilisi – 2018”də sıralarında Gürcüstan və Azərbaycanın hökumət üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionunun dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətləri və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 300-dən 500-dək deleqat iştirak edəcək.
Yenilənmiş spiker siyahısı və forumun proqramı ilə
Bundan əlavə, tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar da nəzərdə tutulub.
Telman Əliyev əlavə edib ki, qeydiyyatdan
Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. 2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Onların hər ikisi iki il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaqlar. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.
Yarandığı ilk gündən Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Caspian Energy dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibləri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.
Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.