"Carlsberg Azerbaijan": "Fəaliyyətimizi davam etdirəcəyik"

"Carlsberg Azerbaijan": "Fəaliyyətimizi davam etdirəcəyik" "Carlsberg Azerbaijan" MMC fəaliyyətini davam etdirəcək.
Biznes
29 Mart , 2022 17:33
Carlsberg Azerbaijan: Fəaliyyətimizi davam etdirəcəyik

"Carlsberg Azerbaijan" MMC fəaliyyətini davam etdirəcək.

Bunu "Report"a açıqlamasında şirkətin korporativ ünsiyyət üzrə rəhbəri Lala Əfəndi deyib.

O, bu barədə Danimarkanın pivə istehsalçı olan "Carlsberg" şirkəti "Baltika" brendini sataraq, Rusiya bazarını tərk etmək qərarına mübasibət bildirərkən danışıb.

L.Əfəndinin sözlərinə görə, təmsil etdiyi qurum indiyə qədər xammalın və qablaşdırma materiallarının bir hissəsini Rusiyadan alıb. "Regionda siyasi vəziyyətlə bağlı məhsulun davamlı təchizatını təmin etmək məqsədi ilə son bir ay ərzində alternativ xammal resursları üzərində çalışırıq. Təbii ki, müxtəlif xammal və qablaşdırma alternativləri hal-hazırda müzakirə olunur. Lakin hər hansı kritik pozisiyalar yoxdur və "Carlsberg Azerbaijan" fəaliyyətinə və məhsul təchizatına davam edəcək", pivə istehsalı üçün arpa sahələrinin artırılmasını davam etdirəcək".

Xatırladaq ki, “Carlsberg” ötən gün bəyanat yayaraq Rusiyadakı mövcudluğuna birdəfəlik son verdiyini bildirib. Bundan əvvəl isə martın əvvəlində şirkət Rusiyada “Carlsberg” brendi altında pivə istehsalını və satışını dayandırmaq barədə qərar qəbul etdiyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi