Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycana səfər edəcək

Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycana səfər edəcək Böyük Britaniyanın Ticarət və sərmayələr Departamenti müşavirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək
Biznes
29 Sentyabr , 2014 18:04
Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycana səfər edəcək
Bakı. 29 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın Ticarət və sərmayələr Departamentinin müşaviri Mark Hiqqinsin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. "Report" Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, sentyabr ayının 30-dan oktyabr ayının 2-dək davam edəcək səfər zamanı nümayəndə heyəti Azərbaycan şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Nümayəndə heyətinin tərkibinə Britaniyanın təhsil, telekommunikasiya, maşınqayırma və idarəetmə konsaltinqi sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxildir. Səfər Azərbaycan və Böyük Britaniya sahibkarları arasında ticari və işgüzar əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi