Tbilisi. 28 may.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov bildirib.
O deyib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatların inkişaf proqramlarına qoşulub: "Bu gün dünya ölkələrinin diqqət mərkəzində olan dayanıqlı inkişaf məqsədləri təşəbbüsü artıq iki ildir ki, Azərbaycanda uğurlar icra olunur.
Azərbaycan Prezidentinin 2016-cı il 6 oktyabr tarixli sərəncamı ilə respublikamızda dayanıqlı inkişafla əlaqədar Milli Əlaqələndirmə Şurası yaradılıb. Bir çox ölkələrin təcrübəsinə baxsaq görərik ki, Azərbaycan yeganə ölkələrdəndir ki, inkişaf məsələlərinin dövlətin vacib istiqamətlərindən biri hesab edir.
Dayanıqlı inkişaf məsələlərinə ölkəmiz çox böyük önəm verir. Hazırda müxtəlif istiqamətlərdə dövlət proqramları, strateji sənədlərin bu inkişaf məqsədlərinə uyğunlaşdırılması istiqamətində intensiv iş aparılır”.