Bu ilin yanvar-iyun aylarında Azərbaycan 6 540 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edib.
Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 973 min ABŞ dolları və yaxud 57,8% azdır.
Hesabat dövründə içki ixracı ümumi ixracın 0,2%-ni təşkil edib.
6 ay ərzində Azərbaycana idxal edilmiş içkilərin dəyəri isə 31 816 min ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 40 min ABŞ dolları və yaxud 0,1% çoxdur.
İçki idxalı ümumi idxalın 0,6%-ni təşkil edir.
Qeyd edək ki, Azərbaycanın 6 aylıq ticarət dövriyyəsinin 7 686,3 milyon ABŞ dolları ixracın, 4 989,5 milyon ABŞ dolları isə idxalın payına düşüb.