Bakı. 29 yanvar. REPORT.AZ/ Bu il Azərbaycanda geri qaytarılmış vəsaitlər hesabına sahibkarlara 170 mln. manat həcmində güzəştli kreditin verilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunları ilə bağlı keçirilən konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, ötən il ölkədə 1 953 sahibkara geri qaytarılan kreditlər hesabına 146 mln. manat həcmində güzəştli kreditlər verilib və bunun da 65%-i regonların payına düşüb.