Azərbaycan gömrükçüləri narkotik maddələrin axtarışı, qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhd edilən pul və digər malların aşkar olunması üzrə hər gün 50-dən artıq itin xidmətindən istifadə edir.
"Report" xəbər verir ki, bu barədə
O həmçinin deyib ki, bu ilin əvvəlindən 1 808 824 ədəd adi siqaret, 4 318 ədəd elektron siqaret və 2 528 ədəd siqarın ölkəyə keçirilməsinin qarşısı alınıb.
“Həmçinin 976 ədəd mobil telefon, 43 128 ədəd mobil telefon aksesurarı və ehtiyat hissələri, eləcə də 290 min dollar, 13 min avro, 25 min manat, 6 milyon rubl qanunsuz dövriyyədən çıxarılıb”, - deyə gömrük rəsmisi əlavə edib.
Bundan başqa, G.Muradlının sözlərinə görə, bu ilin 11 ayında, təxminən, 350 narkocinayət faktı aşkar olunub ki, bu da rekord göstərici hesab olunur: “Bu rəqəm ötən il 264 olub. 2019-cu ildə 1,021 ton narkotik maddə müsadirə edilib. Bunun 893,3 kq-ı heroin, 73,7 kq-ı metamfetamin, 30,6 kq-ı tiryək, 11,4-ı kq həşiş, 300 qramı marixuana, 5,3 kq-ı isə digər narkotik maddələr olub”.
“Son illər qadınlardan narko-kuryer kimi istifadə edilməsi halları artıb. Ümumiyyətlə, narkotacirlərin 14%-ni qadınlar təşkil edir. Təəssüf ki, son dövrlər biz həyat yoldaşlarını və digər qadınları narkotacirliyə sövq edən şəxslərlə tez-tez rastlaşırıq. Bəzən olur ki, bu işə azyaşlı uşaqların da cəlb olunması faktı ilə üzləşirik. Bu ilin 11 ayında daxili bədən boşluğunda narkotik vasitə keçirmə faktı ötən ilin eyni dövrü ilə müqayisədə 21 fakt artıb. Ötən il insanların daxili bədən boşluğunda narkotik vasitə keçirmə faktı 87 olub. Bu il isə bu göstərici 108-ə çatıb”, - deyə o əlavə edib.
Gömrük rəsmisi həmçinin bildirib ki, 11 ay ərzində gömrük sistemində 12 minə yaxın hüquqpozma faktı aşkarlanıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 250 fakt çoxdur.