Bu il fərdi sahibkarlara göstərilən xidmətlər 4% azalıb

Bu il fərdi sahibkarlara göstərilən xidmətlər 4% azalıb Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,9% azalması olub
Biznes
14 Dekabr , 2016 19:49
Bu il fərdi sahibkarlara göstərilən xidmətlər 4% azalıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-noyabr aylarında fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54433,1 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9% az ümumi daxili məhsul istehsal edilib. 

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarda qeyd edilib.

Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,9% azalması olub. Əlavə dəyərin 37,5%-i sənayedə, 10,7%- ticarət, nəqliyyat vasitələrinin təmiri, 10,3%-i tikinti, 6,7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə, 17,6%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5649,9 manata bərabər olub.

Son xəbərlər

Orphus sistemi