Bu ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 20 milyard 372,8 milyon manat olub.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Bildirilir ki, bu, 2022-ci ilin 8 ayı ilə müqayisədə 3,7 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 % artaraq 11 milyard 262,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2 % artaraq 9 milyard 110,4 milyon manata bərabər olub.
İstehlak məhsullarının 35,7 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 47,4 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,9 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 35 milyard 723,2 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 7 milyard 162 milyon manatlıq ödənişli xidmət göstərilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 15,2 % artıb, ticarət şəbəkəsində 20 milyard 173,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 549,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.