Bu il Azərbaycanın qeyri-neft ixracı 37% artıb

Bu il Azərbaycanın qeyri-neft ixracı 37% artıb Bakı. 6 aprel. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda qeyri-neft sektoru üzrə ixracın dəyəri 241,7 mln. ABŞ dolları təşkil edib.
Biznes
6 aprel 2018 11:48
Bu il Azərbaycanın qeyri-neft ixracı 37% artıb

Bakı. 6 aprel. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda qeyri-neft sektoru üzrə ixracın dəyəri 241,7 mln. ABŞ dolları təşkil edib. 

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin mart ayı üçün nəşr olunan sayında bildirilir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4% çoxdur. 

Hesabat dövründə ən çox qeyri-neft məhsulları Rusiyaya ixrac edilib - 67,8 mln. dollarlıq. Türkiyəyə 65,4 mln., İsveçrəyə 25,6 mln., Gürcüstana 17,4 mln., Çinə isə 7,6 mln. dollarlıq neftdənkənar sektor malı göndərilib. 

2 ay ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl birinci yerdə qərarlaşıb (24,4 milyon dollar). 2-ci yeri elektrik enerjisi (20,3 mln. dollar), 3-cü yeri isə xurma (19 milyon dollar) tutub.

Ümumiyyətlə, yanvar-fevral ayları ərzində meyvə-tərəvəzin ixrac dəyəri 58,4 mln. dollar, plastmasa və onlardan hazırlanan məmulatların ixrac dəyəri 23,9 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 20,7 mln. dollar, elektrik enerjisinin ixrac dəyəri 20,3 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 9,7 mln. dollar, kimya sənayesi məhsullarının ixrac dəyəri isə 6,6 mln. dollar olub. 

Son xəbərlər

Orphus sistemi