Bu il Azərbaycana Ulyanovskdan 19 min ton pendir idxal edilib

Bu il Azərbaycana Ulyanovskdan 19 min ton pendir idxal edilib Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Çuvaş Respublikası və Ulyanovsk vilayəti üzrə idarəsi, bu ilin əvvəlindən Ulyanovsk bölgəsindən ixrac edilən 58,12 min ton olan 93 partiya süd məhsulunu yoxlayıb.
Biznes
17 Noyabr , 2021 13:05
Bu il Azərbaycana Ulyanovskdan 19 min ton pendir idxal edilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Çuvaş Respublikası və Ulyanovsk vilayəti üzrə idarəsi, bu ilin əvvəlindən Ulyanovsk bölgəsindən ixrac edilən 58,12 min ton olan 93 partiya süd məhsulunu yoxlayıb.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, ən böyük həcmdə süd məhsulları (kərə yağı, pendir, pendir texnologiyası ilə istehsal olunan yarımbərabər məhsul)- 138 min tondan çox Ukraynaya, 19 min tondan çox pendir Azərbaycana, 579,7 ton quru süd zərdabı və 19,5 ton yağ Özbəkistana ixrac edilib.

Qeyd edək ki, "Rosselxoznadzor" İdarəsi yüklərin və nəqliyyat vasitələrinin yoxlanılması zamanı heç bir qanun pozuntusu aşkar etməyib.

Son xəbərlər

Orphus sistemi