Bu gün Astaradan növbəti qatar Rusiyaya yola düşəcək

Bu gün Astaradan növbəti qatar Rusiyaya yola düşəcək Bu gün Azərbaycan-Rusiya “Aqroekspress” layihəsi çərçivəsində Astaradan növbəti qatar yola düşəcək.
Biznes
21 Fevral , 2022 11:55
Bu gün Astaradan növbəti qatar Rusiyaya yola düşəcək

Bu gün Azərbaycan-Rusiya “Aqroekspress” layihəsi çərçivəsində Astaradan növbəti qatar yola düşəcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Udmurtiya biznes forumunda deyib.

Onun sözlərinə görə, “Aqroekspress” layihəsi Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin artmasına töhfə verəcək.

Y.Abdullayev həmçinin ölkədə qeyri-neft ixracının artırılmasının vacibliyini vurğulayb.

Xatırladaq ki, bu il fevralın 12-də sürət qatarları ilə yüklərin daşınması üzrə “Aqroekspress” layihəsi çərçivəsində meyvə-tərəvəzdən ibarət ilk yük qatarı yola salınıb.

Son xəbərlər

Orphus sistemi