Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Britaniya Standartlar İnstitutu (BSİ) ilə yerli sertifikatlaşdırma orqanları arasında əməkdaşlıq memorandumu imzalanıb.
"Report" xəbər verir ki, memorandum Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar” adlı master-klass çərçivəsində imzalanıb.
"İxracyönümlü məhsulların Avropa bazarına çıxarılmasına dair müştərək sertifikatlaşdırma fəaliyyətinin aparılmasına dair” Əməkdaşlıq Memorandumu BSİ ilə akkreditasiya olunmuş “TexnoSert” və “AzSert” sertifikatlaşdırma orqanları arasında imzalanıb.