Britaniya şirkətlərinin əcnəbilərə satılması şərtləri sərtləşdirildi

Britaniya şirkətlərinin əcnəbilərə satılması şərtləri sərtləşdirildi Böyük Britaniya hökuməti koronavirusa qarşı mübarizə baxımından mühüm əhəmiyyət kəsb edən şirkətlərin əcnəbilərə satılması qaydalarına dəyişiklik edib.
Biznes
22 İyun , 2020 17:43
Britaniya şirkətlərinin əcnəbilərə satılması şərtləri sərtləşdirildi

Böyük Britaniya hökuməti koronavirusa qarşı mübarizə baxımından mühüm əhəmiyyət kəsb edən şirkətlərin əcnəbilərə satılması qaydalarına dəyişiklik edib.

“Report” “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin sahibkarlıq, enerji və sənaye strategiyası naziri (dövlət katibi) Alok Şarma açıqlama verib. 

Onun sözlərinə görə, söhbət qorunma vasitələri, ərzaq məhsulları kimi strateji əhəmiyyətli məhsullar istehsal edən şirkətlərdən gedir. Bu şirkətlərin, üzləşdikləri maliyyə çətinlikləri üzündən əcnəbilərə satılması gündəmdə olsa da, nazirlik buna müdaxilə edə biləcək. Məqsəd həmin şirkətlərin “milli mənafe baxımından dost olmayan” ölkələri təmsil edən şirkətlərə satılmasının qarşısını almaqdır. 

Xatırladaq ki, iqtidardakı Mühafizəkarlar Partiyasından olan parlament üzvləri ölkənin “strateji mənafeyi üçün həyati əhəmiyyət daşıdığı qəbul edilən şirkətləri” Çinin inadla ələ keçirməyə çalışdığından narahat olduqlarını ifadə edib. 

Son xəbərlər

Orphus sistemi