Böyük Britaniyada onlayn iş elanları 6 % artıb

Böyük Britaniyada onlayn iş elanları 6 % artıb Bu göstərici ötən ilin eyni dövründəki məşğulluq səviyyəsinin 77 %-ni təşkil edib
Biznes
338
3 Dekabr , 2020 14:40
Böyük Britaniyada onlayn iş elanları 6 % artıb

Noyabrın son həftəsində (20 noyabr - 27 noyabr) Böyük Britaniyada ümumi onlayn iş elanları 6 % artıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İngiltərənin Statistika Ofisi məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövründəki məşğulluq səviyyəsinin 77 %-ni təşkil edib və hələ də pandemiyadan əvvəlki səviyyənin altındadır.

Qeyd edək ki, maliyyə naziri Rishi Sunakın təcili iş subsidiyası proqramını mart ayının sonuna qədər uzatmasına baxmayaraq Böyük Britaniyada işsizliyin kəskin şəkildə artmağa davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi