Böyük Britaniyada aylıq avtomobil istehsalı 65 illik minimuma düşüb

Böyük Britaniyada aylıq avtomobil istehsalı 65 illik minimuma düşüb Bu ilin oktyabr ayında Böyük Britaniyada 64 729 avtomobil istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,4% azdır.
Biznes
26 Noyabr , 2021 16:22
Böyük Britaniyada aylıq avtomobil istehsalı 65 illik minimuma düşüb

Bu ilin oktyabr ayında Böyük Britaniyada 64 729 avtomobil istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,4% azdır. 

“Report” xarici mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Avtomobil İstehsalçıları və Ticarətçiləri Cəmiyyəti (SMMT) məlumat yayıb. 

Məlumata görə, bununla da ölkədə avtomobil istehsalı 1956-cı ildən bəri minimum həddə düşüb. Azalma çip qıtlığı ilə bağlıdır. 

Bu ilin 10 ayında isə Böyük Britaniyada 721 505 ədəd avtomobil istehsal edilib. Bu isə 1 il əvvələ nisbətən 2,9% azdır. O cümlədən daxili bazar üçün azalma 10,4%, xarici bazar üçün azalma isə 1,2% təşkil edib. 

Müstəqil ekspertlərə görə, Böyük Britaniyada istehsal olunan avtomobillərin sayı ötən il olduğu kimi bu il də 1 milyon ədədə çatmaya bilər. Gələn il isə ölkədə azı 1 milyon, 2024-cü ildə isə 1,2 milyon avtomobil istehsal olunacağı ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi