Böyük Britaniya Çin məhsullarının idxalını azaltmaq niyyətindədir

Böyük Britaniya Çin məhsullarının idxalını azaltmaq niyyətindədir Böyük Britaniyanın Baş naziri Boris Conson təməl tibbi ləvazimat və dava-dərman, həmçinin başqa strateji məhsulları daxili imkanlar hesabına təmin etməklə bağlı plan hazırlamaq tapşırığı verib.
Biznes
22 May , 2020 13:11
Böyük Britaniya Çin məhsullarının idxalını azaltmaq niyyətindədir

Böyük Britaniyanın Baş naziri Boris Conson təməl tibbi ləvazimat və dava-dərman, həmçinin başqa strateji məhsulları daxili imkanlar hesabına təmin etməklə bağlı plan hazırlamaq tapşırığı verib.

“Report” “The Times”a istinadən xəbər verir ki, bununla da Çin məhsullarından asılılıqdan yaxa qurtarmağı hədəflənir.

Belə ki, "Project Defend" şərti adı verilmiş proqram çərçivəsində koronavirus pandemiyasını nəzərə almaqla milli təhlükəsizliyə dair yeni konsepsiya əsasında iqtisadiyyatın daha həssas sahələri müəyyənləşdirilmək üçün iki qrup yaradılıb. Ümumi rəhbərliyin xarici işlər naziri Dominik Raab tərəfindən həyata keçirildiyi bu qruplar qarşısında təməl qeyri-ərzaq məhsullarla bağlı ayrı-ayrı ölkələrdən asılı vəziyyətə son qoymaq üçün tədarük xətlərini şaxələndirmək, strateji əhəmiyyətli istehsalat sahələrini bərpa edərək dirçəltmək vəzifələri qoyulur.

Ekspertlərə görə Böyük Britaniya hazırda 71 adda ən mühüm əhəmiyyətli məhsulda Çindən idxalatdan asılı vəziyyətdədir. Həmin məhsullar sırasında ağrıkəsici dərmanların, antibiotiklərin, əks-virus dərmanların hazırlandığı fəal əczaçılıq maddələri, sənaye kimyəviləri, bəzi metal məmulatları, məişət elektronika cihazları da var.

“Koronavirus pandemiyası dünya ticarətini dəstəkləmək üçünilkin tələbat məhsullarının fasiləsiz tədarükünün nə qədər əhəmiyyətli olduğunu ortaya qoydu. Gələcəkdə yeni böhranlar baş verdiyi halda qıtlığa yol verməmək üçün lazımi addımlar atılmalıdır”, - hökumətdən bildiriblər.

Son xəbərlər

Orphus sistemi