“Borjomi” işçiləri tətili dayandırıb, istehsal bərpa edilir

“Borjomi” işçiləri tətili dayandırıb, istehsal bərpa edilir “Borjomi” şirkətinin zavodlarının əməkdaşları üçhəftəlik tətili dayandırıb.
Biznes
21 İyun , 2022 10:01
“Borjomi” işçiləri tətili dayandırıb, istehsal bərpa edilir

“Borjomi” şirkətinin zavodlarının əməkdaşları üçhəftəlik tətili dayandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, “IDS Borjomi Georgia” şirkət narazı işçilərin tələblərinin əksəriyyətini yerinə yetirməyə razılaşıb.

Razılaşmaya əsasən, işdən çıxarılmış əməkdaşların bir qismi işə bərpa olunacaq.

Artıq sabahdan mineral suyun qablaşdırma zavodlarında sanitar və digər hazırlıq işləri görüləcək. İstehsal prosesi gələn həftə bərpa ediləcək.

“IDS Borjomi Georgia” şirkəti kapitalında Rusiyanın payı olması səbəbindən sanksiyalara məruz qalıb və bu ilin aprelin sonunda iki zavodunu bağlamağa məcbur olub. Şirkət işçilərinin əməkhaqlarının ödənilməsi üzrə yeni şərtlər irəli sürəndən sona tətil başlayıb.

“IDS Borjomi International” şirkətinin sahibləri bu yaxınlarda Gürcüstan hökumətinə səhmlərin 7,73 %-ni təmənnasız olaraq təqdim edib. Bununla Rusiyanın “Alfa Qrup” şirkəti nəzarət paketini itirib və mineral suyun istehsalını sanksiyaların təsirindən qorumaq mümkün olub.

Son xəbərlər

Orphus sistemi