“Boeing” şirkəti “747” laynerinin istehsalını dayandırır

“Boeing” şirkəti “747” laynerinin istehsalını dayandırır ABŞ-ın “Boeing” təyyarə istehsalçı “747” tipli təyyarənin istehsalını iki il sonra dayandıracaq.
Biznes
285
3 İyul , 2020 08:20
“Boeing” şirkəti “747” laynerinin istehsalını dayandırır

ABŞ-ın “Boeing” təyyarə istehsalçı “747” tipli təyyarənin istehsalını iki il sonra dayandıracaq.

“Report”un xəbərinə görə, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qərar artıq qəbul edilib və hələlik şirkət işçilərinin diqqətinə çatdırılmayıb. Korporasiya son “747-8”-ni təxminən iki il ərzində Everettdəki (Vaşinqton) zavodunda yığmağı planlaşdırır.

Qeyd edək ki, “Boeing-747” modeli 1970-ci ildən istehsal olunur. Bütün bu müddət ərzində 1 500 layner istehsal edilib. Bu modelin satışının ən yüksək həddi 1970-ci ildə qeydə alınıb - həmin il 92 belə təyyarə satılıb.