"Boeing" səhmdarlarına dividend ödənişini dayandırır

"Boeing" səhmdarlarına dividend ödənişini dayandırır ABŞ-ın Boeing korporasiyası koronavirus pandemiyasının yaratdığı vəziyyət fonunda səhmdarlarına dividend ödənişini dayandırır.
Biznes
21 Mart , 2020 15:04
Boeing səhmdarlarına dividend ödənişini dayandırır

ABŞ-ın "Boeing" korporasiyası koronavirus pandemiyasının yaratdığı vəziyyət fonunda səhmdarlarına dividend ödənişini dayandırır. 

"Report" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu ilin sonuna qədər şirkətin baş direktoru David Kalhoun və Direktorlar Şurasının sədri Larri Kelnerə maaş da verilməyəcək. 

"Korporasiya mövcud şəraitdə istehsalın və təchizat zəncirinin qorunması üçün bütün mümkün tədbirləri görür", - deyə "Boeing"in açıqlamasında bildirilir. 

Son xəbərlər

Orphus sistemi