Biznes inkubatora yeni iştirakçıların seçilməsi davam etdirilir

Biznes inkubatora yeni iştirakçıların seçilməsi davam etdirilir Hazırda biznes inkubatorda turizm, istehsal, kənd təsərrüfatı, xidmət və İKT sahələrində 20 gənc sahibkar kimi hazırlanır
Biznes
2 Fevral , 2016 14:45
Biznes inkubatora yeni iştirakçıların seçilməsi davam etdirilir

Bakı. 2 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən biznes inkubatora yeni iştirakçıların seçilməsi üçün müsabiqə elan edilib və hazırda sənədlərin qəbulu davam etdirilir.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün hər cür şərait yaradılıb. Biznes inkubatorda gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar verilir, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin, biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstərilir.

Ötən il biznes inkubatorda müxtəlif tədbirlər, o cümlədən treninqlər, beynəlxalq ekspertlərin iştirakı ilə seminarlar, “ideyadan biznesə doğru” müsabiqəsi keçirilib.

Bu cür tədbirlərin 2016-cı ildə də keçirilməsi nəzərdə tutulur. Hazırda Mərkəzdə fəaliyyət göstərən biznes inkubatorda turizm, istehsal, kənd təsərrüfatı, xidmət və İKT sahələrində 20 gənc sahibkar kimi hazırlanır.

Qeyd edək ki, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə 2014-cü ildən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi