Bakı. 19 noyabr. REPORT.AZ/ Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoin bu gün 6%-dən çox dəyərdən düşərək 5 300 ABŞ dollarına qədər ucuzlaşıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 25-dən bəri ən aşağı həddir.
Bitkoinlə yanaşı, digər populyar kriptovalyutalar da ciddi dəyər itkisinə məruz qalıb.