"BirKart"la taksit edən hər müştəri hədiyyə qazanacaq

"BirKart"la taksit edən hər müştəri hədiyyə qazanacaq Kapital Bank Yeni il münasibətilə BirKart taksit kartının sahibləri üçün yeni kampaniya keçirir.
Biznes
3 Dekabr , 2019 14:00
BirKartla taksit edən hər müştəri hədiyyə qazanacaq

"Kapital Bank" Yeni il münasibətilə "BirKart" taksit kartının sahibləri üçün yeni kampaniya keçirir.

Bankdan "Report"a verilən məlumata görə, taksitlə minimum 50 AZN məbləğində alış-veriş edən hər müştərilər müxtəlif hədiyyələr qazanacaqlar.

Alış-veriş edən müştəri qazandığı hədiyyə barədə dərhal telefonuna bildiriş alacaq. Aksiya 5 yanvar 2020-ci il tarixinədək davam edəcək.

Hədiyyələr arasında "McDonald’s" və "KFC"dən pulsuz menyular, "CinemaPlus" və "Park Cinema"dan pulsuz kino bileti, "Azercell" və "Bakcell"dən pulsuz danışıq dəqiqələri və meqabaytlar, "Azpetrol"dan pulsuz yanacaq kuponu, "189 Taksi Xidməti"dən pulsuz gediş haqqı, həmçinin "Kapital Bank"dan pulsuz "Visa Electron" kartı var.

Hər 100-cü əməliyyat edən müştərilər isə avtomatik olaraq 100 AZN qazanacaqlar. Kampaniya barədə ətraflı olaraq saytdan məlumat almaq olar – www.kbl.az/ny.

Qeyd edək ki, "BirKart"ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

Xatrırladaq ki, "BirKart" haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. "BirKart" sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi